Devid Attenboro

Devid Attenboro

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Ser Devid Frederik Attenboro - dünyanın ən məşhur teleaparıcılarından və təbiətşünaslarından sayılır. Çoxları onu təbiət haqda sənədli filmlərin pioneri adlandırır. Attenboro Yer üzündə olan əksər canlılar və onların qarşılıqlı əlaqələrindən bəhs edən on məşhur sənədli serialın (sonuncunu 2009-cu ildə çəkib) aparıcısı və yaradıcısı olub. Bundan başqa 1960-cı illərdə və 1970-ci illərdə BBC-də baş menecer olub. Tanınmış britaniyalı rejissor və aktyor baron Riçard Attenboronun qardaşıdır. Attenboro 8 may 1926-cı ildə Londonda anadan olub. Uşaqlığı Lester kollecinin kampusu sayılan Kollec-hausda keçib. Atası oranın direktoru olub. İki qardaşı var. Böyük qardaşı rejissor olub, kiçik qardaşı Con isə “Alfa Romeo” şirkətinin meneceridir. İkinci dünya müharibəsi zamanı valideynləri Avropadan mühacirət etmiş iki yəhudi qızı övladlığa götürüb. Özü Kembric universitetinin Kler kollecində oxuyub. 1947-ci ildə təbiət elmləri sahəsində bakalavr dərəcəsi əldə edib. Uels və Şotlandiyada hərbi xidmətdə olub. 1950-ci ildə Ceyn Elizabet Ebsuort Oriellə evlənib. Həyat yoldaşı 1997-ci ildə vəfat edib. Həmin nikahdan Robert və Süzan adlı iki uşaqları olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%82%D1%82%D0%B5%D0%BD%D0%B1%D0%BE%D1%80%D0%BE,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4

FİLMOQRAFİYA
Ssenarist
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç