Frant Qvo

Frant Qvo

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Frant Qvo - çinli kinorejissor və ssenaristdir. 15 dekabr 1980-ci ildə anadan olub. 2011-ci ildə “The Adventures of Li Xianji” (Li Syançinin macəraları”) filmi ilə debütünü gerçəkləşdirib. 2014-cü ildə çəkdiyi “My Old Classmate” (Keçmiş sinif yoldaşım) filmi böyük ekranlarda nümayişindən sonra yüksək kassa gəliri gətirib və müasir Çin kinematoqrafiyasının blokbasterlərindən birinə çevrilib. 2019-cu ildə China Film Group Corporation şirkətinin sifarişi ilə ölkə tarixinin ilk ulduzlararası elmi-fantastik dramını “Azmış yer kürəsi” (The Wandering Earth) filmini lentə alıb. Ekran əsəri çin kinosu üçün misli görülməmiş məbləğdə gəlir – 600 milyon dollar gətirib. Çin kino tarixinin ikinci ən gəlirli filmi sayılır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Frant_Gwo

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç