Ceki Vu

Ceki Vu

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Vu Tsin, daha çox Ceki Vu adı ilə tanınan çinli aktyor və döyüş növləri ustasıdır. 3 aprel 1974-cü ildə Çinin paytaxtı Pekində anadan olub. Altı yaşından şərq döyüş sənəti ilə məşğuldur (tası və babası döyüş-idman ustaları olub). Pekin akademiyasında uşu üzrə nəzəri və praktiki təhsil alıb. 1995-ci ildə tanınmış döyüş səhnələri tərtibatçısı Yuen Vu Pindən kinoya çəkilmək təklifi alıb. 1996-cı ildə Ceki Vu “Tayçi ustaları 2” (Tai Ji Quan) adlı Honkonq filmində debüt edib. Sonrakı illərdə həm vətənində, həm də Honkonqda müxtəlif kinofilmlərin çəkilişinə qatılıb. 2007-ci ildə “Əkizlər missiyası” (“Seung chi sun tau”) adlı kinolentdə baş rola çəkilib. 2008-ci ilin mart ayında Vu ilk dəfə olaraq rejissor kürsüsünə əyləşib, “Əfsanəvi qatil” (“Long nga”) filmini ekranlara çıxarıb. Ona beynəlxalq səviyyədə şöhrət qazandıran film isə “Mumiya” mistik-macəra saqasının “Mumiya: Əjdaha imperatorunun sərdabəsi” filmi olub (Brendan Freyzer və Cet Li və digər tanınmış aktyorlarla çəkilib).


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/dzheki_vu/

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç