Kevin Jarr

Kevin Jarr

Ssenarist, prodüser, rejissor, aktyor

BİOQRAFİYA

Kevin Jarr 6 avqust 1954–cü ildə Detroytda (Miçiqan ştatı, ABŞ) anadan olub. Amerikalı ssenarist, aktyor və kinoprodüserdir. Detroytda anadan olub. 1960-cı ildə Moris Jarrla ailə quran aktrisa Lora Devonun oğludur. Kevin Jarr fransız bəstəkarı Jan-Mişel Jarrın ögey qardaşıdır. “Rembo: İlk qan 2”, “Şöhrət” və “Tumstoun: Vəhşi Qərbin əfsanəsi” kimi məşhur filmlərin ssenaristi olub. Jarr eyni zamanda “Mumiya”, “İblisin sahibliyi” filmlərinin ssenaristi və “Çaqqal” filminin prodüseri olub. Ən yaxşı ssenari kateqoriyasında “Qızıl Qlobus” və “Şöhrət” filminə ən yaxşı adaptasiya olunmuş ssenari kateqoriyasında Amerika Ssenaristlər Gildiyasının mükafatlarına namizəd olub. 1985-ci ildə “Rembo” filminin ssenarisinə görə Silvestr Stallone və Ceyms Kemeronla birlikdə “Qızıl Moruq” antimükafatı qazanıb. 3 aprel 2011–ci ildə Santa-Monikada (Kaliforniya ştatı, ABŞ) dünyasını dəyişib.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%96%D0%B0%D1%80%D1%80,_%D0%9A%D0%B5%D0%B2%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç