Donald Petri

Donald Petri

Rejissor, aktyor, ssenarist, prodüser

BİOQRAFİYA

Donald Petri 2 aprel 1954-cü ildə anadan olub. “Mistik pizza”, “Varlı Riçi”, “Miss Dahi Gözəlçə”, “Uğur gətirən öpüş”, “10 günə oğlandan necə canını qutarmaq” məşhur komediya filmlərinin rejissoru olub. Donald Petri çoxuşaqlı Petri ailəsində dünyaya göz açıb. Onun atası Deniel Petri (1920—2004) — 50 kinofilm çəkən məşhur rejissor, “Qızıl palma budağı” mükafatına namizəd və 1961-ci ildə Kann kinofestivalında “Günəşdə üzüm” filminə görə Qari Kuper mükafatının sahibidir. Donald karyerasına 18 yaşında müxtəlif serial və filmlərdə epizodik rollardan başlayıb. Onun aktyor kimi debütü "One Day at a Time" serialında Pit rolu olub. 80-cı illərdə Donald özünü rejissor kimi sınayır. Reytinqli serialların epizodlarını çəkir. Bir müddət Stiven Spilberqin komandasında çalışır. 2000-ci ildə Sandra Bullok ilə baş rolda “Miss Dahi Gözəlçə” filmi onun kinokaryerasında sıçrayış etdi. Büdcəsi 45 mln dollar olan film 4 həftə ərzində 100 mln dollar gəlir gətirir. Bu onun karyerasında triumf hesab edilir.


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D1%82%D1%80%D0%B8,_%D0%94%D0%BE%D0%BD%D0%B0%D0%BB%D1%8C%D0%B4

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç