Trevor Rebin
Bəstəkar
Trevor Rebin 13 yanvar 1954-cü ildə Cənubi Afrikanın Yohannesburq şəhərində klassik musiqiçilər ailəsində dünyaya gəlib. Atası Qodfri Yohannesburqda Filarmoniya Orkestrində əsas skripkaçı olub. Trevor Yohannesburqdakı "Parktown Boys" liseyində təhsil alıb. 12 yaşında ikən gitarada çalmağa başlayır. Valideynlərinin karyeraları boyunca klassik musiqiyə maraq göstərmələrinə baxmayaraq, rok musiqisində oğullarına dəstək veriblər. Rebin 30 ilə yaxındır, Şelli Meylə evlidir. Onlar Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) yaşayırlar. Cütlüyün bir oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Trevor_Rabin