Robert İnqlund
Aktyor, rejissor, prodüser
Robert İnqlund 6 iyun 1947-ci ildə Qlendeyldə (Kaliforniya ştatı, ABŞ) anadan olub. İsveç əsilli ABŞ aktyorudur. Robert İnqlund İsveçdən olduğuna görə, onun adı İnqlund yox, Enqlund kimi tələffüz edilir. Qarağac küçəsində qarabasma film seriyalarında Freddi Krüger rolu ilə məşhurlaşıb. 1987-1988-ci illərdə bu seriya filmlərdəki rollarına görə “Saturn” mükafatına namizəd olub. Robert İnqlund-klassik aktyordur. Onun kinoda debütü “Diri ikən yeyilmişlər” filmində olub. 1981-ci ildə Rocer Kormanın prodüser layihəsi olan “Qalaktika terror” filmində Reyncer rolunda çıxış edib. Aktyor karyerası boyunca yüzdən artıq film və teleseriala çəkilib. Rejissor Ues Kreyven onu yeni filminə baş rola dəvət edir. Həmin rol Robert İnqlunda dünya şöhrəti gətirsədə, "Qarağac küçəsinin dəhşəti” filmində qatil Freddi Krügerin mürəkkəb qrimi altında tanınmaz edib. Franşiza o qədər uğur qazanıb ki, 1984-2003-cü illər ərzində İnqlundla baş rolda səkkiz film çəkilib. Sonuncu “Freddi Ceysona qarşı” filmi krossoverə çevrildi.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%98%D0%BD%D0%B3%D0%BB%D1%83%D0%BD%D0%B4,_%D0%A0%D0%BE%D0%B1%D0%B5%D1%80%D1%82