Maykl Pare

Maykl Pare

Aktyor

BİOQRAFİYA

Maykl Pare 1958-ci ilin payızında Bruklin şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. “Filadelifya eksperimenti” filmində oynadığı rolla məşhurlaşıb. Atası Fransiz Pare, fransız əsilli kanadalı biznesmen (tipoqrafiya şəbəkəsinin sahibi) olub. Parenin altı bacısı və üç qardaşı var. Anaları irlandiyalıdır və evdar xanım olub. Maykl Parenin beş yaşı olanda atası leykemiyadan ölüb. Evin bütün qayğıları ananın çiyinlərinə düşüb. Məhz buna görə, bütün uşaqlar erkən yaşlarından işləməli olub. Maykl Pare “fast-fud” restoranlarından birində piştaxta arxasına keçib. Maykl Pare Amerika Kulinariya İnstitutunda oxuyub. Nyu-Yorkun restoranlarından birində baş-aşpaz işləyib. Kinoya gəlişi elə restoranda işləyən zaman agentlə tanışlığı nəticəsində baş verib. Agent ona yerinin mətbəx yox, çəkiliş meydanları olduğunu inandırıb. Agent onu ssenarist Coys Selzniklə tanış edib. Sonuncu ona üç min dollar cibxərci və Los-Ancelesə və geriyə təyyarə bileti hədiyyə edib. Bundan başqa onu “Böyük amerika qəhrəmanı” adlı çoxseriyalı teleserialda ikinci plan rolu təklif edib. Aktyor 1980-ci illərdə “Eddi və Kruizerlər” detektiv müziklı ilə şöhrət qazanıb. Kinematoqrafiyada əfsanəvi aktrisa Yuta Haceni özünə müəllim sayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/michael_par/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç