Fangjin Song ssenaristdir. "3 qat təhlükə" (2019), "Xin wei cheng" (2018) filmlərinin ssenaristlərindən biridir. "3 qat təhlükə" filminin süjet xətti Çin oliqarxının varisi Tyan Syaosyandan bəhs edir. Gənc xanım atasının ölümündən sonra ona miras qalan vəsaiti ölkədə cinayətin kökünün kəsilməsinə yönəltmək niyyətindədir. Bu heç də yerli cinayətkar sindikatların ürəyincə deyil. Onlar kriminal avtoritet Kollinz və onun muzdlu qatillərdən ibarət silahdaşlarına Syaosyanı aradan götürməyi tapşırırlar. Syaosyanın həyatı böyük təhlükə altındadır. Ancaq üç cəsur döyüşçü, çinli Fen, taylandlı Pay və indoneziyalı Caka onun müdafiəsinə qalxır. Hər biri Kollinz və onun başkəsənlərindən yanıqlı olduğundan Syaosyanla maraqları üst-üstə düşür.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm9430064/