Cey Ellis

Cey Ellis

Aktyor

BİOQRAFİYA

Cey Ellis – amerikalı aktyordur. “İnsecure” serialında Lorens Volker rolu ilə məşhurdur. Cey Ellis 27 dekabr 1981-ci ildə Birləşmiş Ştatlarda, hərbi hava qüvvələrində xidmət edən zabitin və maliyyə müşavirinin ailəsində dünyaya göz açıb. Valideynlərinin tez-tez ezamiyyətlərdə olması ilə əlaqədar, uşaqlıq illərində “gəzmədiyi ölkə qalmayıb”. 12 yaşında olanda həmyaşıdı Coş Hendersonla tanış olub. Henderson gələcək məşhur musiqiçi və kinoaktyor olub. Onlar indiyə kimi dostluq edirlər. Məktəbi bitirdikdən sonra Ellis Portlenddə Konkordiya universitetinə daxil olub. Tələbə olduğu illərdə basketbol komandasının üzvü və tələbə özünüidarəetmə cəmiyyətinin rəhbəri olub. Ali təhsili başa vurduqdan sonra Cey Los-Ancelesə köçüb və bədii film və serialların kastinqlərinə qatılıb. İlk dəfə “Kobud və gözəllər” adlı populyar sabun operasında görüntülənib. Daha sonra “Dəniz polisi: Xüsusi şöbə” serialında bundan başqa “Ehtiras anatomiyası” və “Sənin ananla necə tanış oldum” sabun operalarında qonaq rollarda iştirak edib. 2011-ci ildə “Cənub ştatından Zoi Hart” teleserialında baş rola dəvət olunub. 2015-ci ildə “Qreys və Frenki” serialının əsas çəkiliş heyətinə daxil olub. Daha sonra “Ağ Qarğa” çoxseriyalı dramında mərkəzi rollardan birini ifa edib. 2019-cu ildə “Qurtuluş otağı” trillerində antoqonist obrazı canlandırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/jay_ellis/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç