S. Kreyq Zaler
Rejissor, ssenarist, bəstəkar
Kreyq Zaler – amerikalı ssenarist, rejissor, bəstəkar və yazıçıdır. 23 yanvar 1973-cü ildə ABŞ-ın Florida ştatının Mayami şəhərində anadan olub. Əslən yəhudidir. Nyu-York universiteti nəzdində kino məktəbini bitirib, kinooperator ixtisasına yiyələnib. Doqquz il ərzində ssenari yazıb, dolanmaq üçün keyterinq xidmətində az maaşa işləyib. Bir neçə kinoşirkətə ssenari satsa da, onlardan heç biri böyük ekranlara yol tapmayıb. Yazıçı kimi debütünü 2010-cu ildə “Çaqqaların məclisi” adlı romanı ilə gerçəkləşdirib. Əsər tənqidçilər tərəfindən yüksək qiymətləndirilib və bir neçə ədəbi mükafatla təltif olunub. Bir ildən sonra onun ssenarisi əsasında ilk film – “İnsident” adlı qorxu filmi çəkilib. 2015-ci ildə rejissor kürsüsünə əyləşərək, öz yazdığı ssenari əsasında “Sümük tomohavk” vesternini çəkib. 2019-cu ildə Mel Gibsonun baş rola çəkildiyi “Başıvı yerə soxum”(Dragged Across Concrete) kriminal dramını lentə alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_25561/s-craig-zahler