Ramin Cavadi

Ramin Cavadi

Bəstəkar

BİOQRAFİYA

Ramin Cavadi 19 iyul 1974-cü ildə Duysburqda (Almaniya) anadan olub. İranlı qaçqın olan atası Münhendə tibb üzrə təhsil alıb və təhsilini başa vurduqdan sonra cərrah kimi fəaliyyətə başlayıb. Cavadi mütəmadi olaraq bəstəkar Hans Zimmerin assistenti kimi çalışır. ”Bleyd. Üçlük”, “Tozdan soruş”, “Taleyin əksinə”, “Cənab Bruks, siz kimsiniz?”, “Nömrələrin siyahısı”, “Titanların döyüşü” və “Dəmir adam” filmlərinə musiqilər bəstələyib. Pol Vebsterlə birgə “Ov mövsümü” saundtrekinə görə ASCAP mükafatına layiq görülüb. Cavadi eyni zamanda seriallar üçün də musiqilər bəstələyib. “Bleyd”, “Nə baş verəcəyini xatırla”, “Həbsdən qaçış” bu siyahıya daxil olan seriallardandır. 2006-cı ildə “Həbsdən qaçış” serialına yazdığı musiqiyə görə "Emmi" mükafatına namizəd görülüb. 2010-cu ildə “Medal of Honor” kompüter oyununa və “Qanadını tərpət!” cizgi filminə saundtreklər yazır. 2011-ci ildən “Taxt-tac oyunları” serialına musiqi yazır. 2013-cü ildə “Sakit okean səddi” filminə musiqi bəstələyir. 2014-cü ildə “Drakula”, 2016-cı ildə “Varkraft” filmlərinin musiqiləri Raminə həvalə olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ramin_Djawadi

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç