Mumtaz

Mumtaz

Aktrisa

BİOQRAFİYA

Mumtaz (ing. Mumtaz)- hind kinoaktrisasıdır. 31 iyul 1947 –ci ildə Bombeydə anadan olub. Onun valideynləri İrandan olub. Anası yüksək təbəqəli ailədən olsada, orta təbəqədən olan atası çərəz taciri olub. Qızları dünyaya gələndən bir il sonra valideynləri ayrılır. Balaca Mumtaz anası ilə qalır. Hər iki valideyni tezliklə yenidən ailə qurur. Mumtaz kinoda 60-cı illərdə erkən 14-15 yaşlarından çəkilməyə başlayır. Baş rolların ifaçısı üçün çox gənc olan Mumtaz daha çox epizodik rollarda çəkilirdi. Füsunkar gözəlliyi, hərəkətliliyi, cazibədarlığı ilə Mumtaz tamaşaçıların qəlbinə yol tapmağı bacarır. Kiçik rolları ifa etsədə baş rolda çəkilən aktrisalartı kölgədə qoymağı bacarır.  Mumtaz artıq baş rollara dəvət almağa başlayır. Karyerası ərzində 100-dən artıq filmə çəkilib. Khilona (1970) filmindəki roluna görə Filmfare mükafatına layiq görülür. 1997-ci ildə kinoya verdiyi töhfəyə görə mükafat qanaıb.  “Kobra” (1976), “Məhəbbət sınağı” (1975), “Tikə çörək” (1974), “And içirəm” (1974), “Tənbəl”  (1973), “Qadın və kişi” (1971), “Düşmənlər” (1971), “Bacı və qardaş” (1971), “Quldur” (1971), “Ana məhəbbəti” (1970), “ Məhəbbət və var dövlət” (1970), “Dostluq sınağı” (1969), “Xoşbəxtliyə aparan yol” (1969), “Xamraz” (1967), “Ram və Şiam” (1967), “Daş ürək” (1967,  “Ailə” (1965), “Kral oğlu2 (1965), “Samson” (1964) və d. məşhur filmlərə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Mumtaz_(actress)

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç