Rob Polsen

Rob Polsen

Aktyor, ssenarist

BİOQRAFİYA

Robert Frederik “Rob” Polsen (üçüncü) – amerikalı səsləndirmə aktyoru və müğənnidir. Üçqat “Emmi” mükafatçısıdır. Karyerası ərzində 250-dən çox cizgi filmi və video oyun personajını səsləndirib. Bundan başqa, 1000-dən çox reklam çarxını səsləndirib. Robert Polsen (üçüncü) 11 mart 1956-cı ildə Detroyt şəhərində (Miçiqan ştatı, ABŞ) anadan olub. Uşaqlıq və gənclik illərini Qran-Blan şəhərində keçirib. Məktəb illərində xorda oxuyub, müxtəlif məktəb tamaşalarında səhnəyə çıxıb. Uzun müddət xeyriyyəçiliklə məşğul olub, xərçəngin müalicə yollarını araşdıran təşkilatlara yardım göstərib. Həyat yoldaşı Perriş Todd, oğlu Eşton Polsendir. Rob Polsen aktyorluq karyerasına 1981-ci ildə başlayıb. “Smurflar” cizgi serialında ikinci dərəcəli personajları səsləndirib. Daha sonra az tanınan rolları olub, 1987-ci ildə isə ona “Ninza tısbağaları” cizgi serialında Rafaeli səsləndirib. 2012-ci ilə kimi 250-dən çox video oyun və animasiya personajını səsləndirib. Mütəmadi olaraq “Comic-Con İnternational”, “JACON”, “Animation on Display”, “Anthrocon” festivallarında iştirak edir, keçirilən tədbirlərdə karyerası haqda danışır, avtoqraf paylaşır, fanatları ilə əlaqə qurur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Rob_Paulsen

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç