Cennifer Heyl

Cennifer Heyl

Aktrisa

BİOQRAFİYA

Cennifer Heyl – kanada əsilli amerikalı aktrisa və müğənnidir. Knights of the Old Republic, Tales of Symphonia, Metal Gear Solid, Mass Effect, Brütal Legend video oyunlarının, həmçinin Disney studiyasının çəkdiyi cizgi filmlərinin səsləndirilməsində iştirak edib. Heylin valideynləri Kanadaya Birminqemdən köçüb. Kanadanın Labrador əyalətinin Həppi Vəlley şəhərində anadan olub. Uşaqlığı ABŞ-ın Alabama ştatında keçib, orada incəsənət məktəbində oxuyub. Yuxarı siniflərdən etibarən prodüser köməkçisi işləyib, məktəbi bitirdikdən sonra aktrisa olub. İlk irimiqyaslı işi 1988-ci ildə çıxan “Atanın qayıdışı” (ing. A Father Homecoming) televiziya filmi olub. Ardınca Hollivuda köçüb. 1993-cü ildən bəri müxtəlif video oyunlar, cizgi filmləri, animasiya serialları, anime və filmlərdə səsləndirmə və dublyajla məşğul olur. Səsləndirmə aktrisası kimi özünə “Karen Leninq” təxəllüsünü götürüb. Star Wars: Knights of the Old Republic video oyunun ilk hissəsinə Bastila Şan personajını səsləndirib. Star Wars: Jedi Knight: Jedi Academy oyununda isə Ceyden Korranın qadın versiyasını səsləndirib. 2010-2012-ci illərdə “ən yaxşı səsləndirmə aktrisası” nominasiyasında Spike Video Game.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B5%D0%B9%D0%BB,_%D0%94%D0%B6%D0%B5%D0%BD%D0%BD%D0%B8%D1%84%D0%B5%D1%80_(%D0%B0%D0%BA%D1%82%D1%80%D0%B8%D1%81%D0%B0)

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç