Vahida Rehman

Vahida Rehman

Aktrisa

BİOQRAFİYA

Vahida Rehman (ing. Waheeda Rehman) — hind kinoaktrisasıdır. Hind, teluq və tamil dilində 80-dən artıq filmə çəkilib. Filmfare Awards və Milli kinomükafatları laureatıdır. Parma Şri və Padma Bhuşan dövlət mükafatları ilə təltif olunub.  Vahida  14 may 1936 (bəzi mənbələr görə, 1939) –cı ildə Çenqalpattuda anadan olub. Atası müsəlman, Hindistanın inzibati xidmətinin zabiti olub.  Ailədə dörd bacı olublar.  Ailə Caypura keçəndə Vahidə Müqəddəs İosif monastırı nəzdində məktəbdə təhsil alırdı.  O zamanlar cəmiyyətdə qəbul edilməsə də, valideynləri ona və bacısına klassik bharatnatyam rəqslərinə qoyur.  1948-ci ildə atası vəfat etdikdən sonra Rehman kinoda çəkilmək üçün ilk təklifini alır, lakin anası buna razılıq vermir.  Anasını razılıqa gətirən Rehman “Rojulu Marayi” filmində rəqs nömrəsini ifa edib. O zaman onun 15 yaşı var idi. Anası 1955-ci ildə  Rehmanın kinoda debütündən öncə dünyasını dəyişir. 27 aprel 1974-cü ildə Vahidə Rehman 1964-cü iləd “Ovsunlanmış” filminin çəkilişlərində tanış olduğu aktyor Şaşi Rekhi (səhnə adı Kamalcit) ilə ailə qurur. Cütlüyün — Soheyl (d. 1975) adlı oğlu və Kaşvi (d. 1976) adlı qız övladları var. 21 noyabr 2000 –ci ildə Şaşi uzun sürən xəstəlikdən sonra vəfat edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B5%D1%85%D0%BC%D0%B0%D0%BD,_%D0%92%D0%B0%D1%85%D0%B8%D0%B4%D0%B0 

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç