Dilip Kumar
Aktyor, ssenarist, rejissor, prodüser
Dilip Kumar (ing. Dilip Kumar; əsl adı — Məhəmməd Yusif Xan) — hind aktyoru, prodüseri və siyasətçisidir. Dilip Kumar 11 dekabr 1922 –ci ildə Pakistanda, Peşəvər şəhərində Kviss-Havani rayonunda anadan olub. Onun evi mədəni irs obyekti kimi qorunur. Ailədə on üç uşaqdan beşinci olub.50 illik karyerası ərzində 59 filmdə çəkilib və dörd filmdə ukduz qonaq qismində iştirak edib. Hindistanın ən yüksək mülki mükafatları olan Padha Bhuşan (1991) və Padma Vibhuşan (2015), kino sayəsində ən nüfuzlu — Dadsaheb Falka adına (1994) mükafatları ilə təltif olunub. 2000-2006 illər ərzində Hindistan Parlamentinin yuxarı palatasının üzvü olub. O 1954-cü ildə ən yaxşı kişi roluna görə Filmfare Award mükafatını alan yeganə aktyordur. Şahruh Xan kimi bu nominasiyada rekord sayda 8 mükafat qazanıb. Jwar Bhata (1944), Jugnu (1947), Shaheed (1948), Jogan (1950), Babul (1950), Andaz (1949), Deedar (1951), Aan (1952), Daag (1952), Devdas (1955), Azaad (1955), Naya Daur (1957), Yahudi (1958), Madhumati (1958), Paigham (1959), Kohinoor(1960), Mughal-E-Azam (1960), Ganga Jamuna (1961), Leader (1964), Dil Diya Dard Liya (1966), Ram Aur Shyam (1967), Sunghursh (1968), Gopi (1970) və d. filmlərdə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B8%D0%BB%D0%B8%D0%BF_%D0%9A%D1%83%D0%BC%D0%B0%D1%80