Nando Paone

Nando Paone

Aktyor

BİOQRAFİYA

Nando Paone 27 noyabr 1956-cı ildə İtaliyanın Neapol şəhərində anadan olub. Aktyorluq karyerasına doğma şəhərində qədəm qoyub. 20 yaşına qədər Neapolun bir neçə teatr şirkətində çalışıb. 1976-cı ildə Romaya köçüb və paytaxtın aparıcı teatrlarında səhnəyə çıxıb. 1992 Vinçenso Salemme ilə birlikdə “Chi e di scnea” adlı özəl şirkətini yaradıb, dörd tamaşa və bir neçə kinofilmin rejissoru qismində çıxış edib. Nando sərbəst şəkildə ingilis və fransız dillərində danışa bilir. Xarici rejissorlarla əməkdaşlığında bu keyfiyyəti böyük rol oynayıb. Məsələn, ingilis dili bilgisi onunu amerika rejissor Ceyms Sellen Consun “İsanın öldüyü gün” filmində çəkilməsinə vəsilə olub. Kinoda ilk dəfə 1977-ci ildə görüntülənib. Debüt işi “Parta qonşusu” komediyasında oynayıb. 2010-cu ildə “Şimala xoş gəlmisiniz” komediyasında  baş rollardan birini oynayıb. Çəkiliş meydanında Alessandro Syani, Deni Bun, Klaudio Bizio, Nayke Rivelli və digər aktyorlarla çəkiliş meydanını bölüşüb. 2016-cı ildə rejissor Massimo Qaudiozonun “Kiçik şəhərdə böyük fırıldaq” filmində  rol alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/andzhela_finokkyaro/

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç