Valentina Lodovini
Aktrisa
Valentina Lodovini - italiyalı aktrisadır. 14 may 1978-ci ildə İtaliyanın Umbertide əyalətində anadan olub. Uşaqlığı Sansepolkro şəhərinə keçib. Perucada dram incəsənət məktəbində oxuyub daha sonra Romaya köçüb və aktyorluq üzrə ali təhsilini “Centro Spreimentale di Cinematografia” təhsil ocağında davam etdirib. Bir neçə ikincidərəcəli rolların ardından, Lodovini 2007-ci ildə Karlo Matsakuratinin “La giusta distanza” dramında mərkəzi qadın rollarından birinə çəkilib. Həmin rol ona ən yaxşı qadın rolu nominasiyasında “David di Donatello” mükafatına namizədlik qazandırıb. 2011-ci ildə Lodovini “Şimala xoş gəlmisiniz” filmlində oynadığı ən yaxşı ikinci plan roluna görə “David di Donatello” mükafatına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%BE%D0%B4%D0%BE%D0%B2%D0%B8%D0%BD%D0%B8,_%D0%92%D0%B0%D0%BB%D0%B5%D0%BD%D1%82%D0%B8%D0%BD%D0%B0