Ancela Finokkyaro

Ancela Finokkyaro

Aktrisa, ssenarist

BİOQRAFİYA

Ancela Finokkyaro – italiyalı aktrisa və komikdir. Ancela Finokkyaro 20 noyabr 1955-ci ildə İtaliyanın Milan şəhərində anadan olub. Aktyorluq karyerasına 1970-ci illərin ortalarında qədəm qoyub. “Grocks” teatr truppasının tərkibində müxtəlif tamaşalara çıxıb. Televiziyada 1980-ci illərdən etibarən görünür. 1998-ci ildə Ancela rejissor Marko Rizinin “Şənlik olmayacaq” dram filminə çəkilib. Filmin çəkilişində Maks Massotta və Monika Belluççi kimi tanınmış kino simaları ilə kamera qarşısına çıxıb. 2005-ci ildə rejissor Kristina Komençininin “Qəlbdəki heyvan” filmində baş rollardan birini oynayıb. Həmin film Venetsiya kinofestivalında nümayiş olunub və “Wella” şirkətinin prizini qazanıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/andzhela_finokkyaro/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç