Alessandro Syani
Aktyor, ssenarist, rejissor
Alessandro Syani 17 sentyabr 1975-ci ildə İtaliyanın Neapol şəhərində anadan olub. Öz karyerasını Neapolun Kabare teatrında başlayıb. 1995-ci ildə Allessandro ən yaxşı kabare aktyoru nominasiyasında “Charlot” mükafatına layiq görülüb. Elə həmin il Syani “Franca Villa” və “Ascea Ridens” mükafatı ilə təltif edilib. Televiziyada debütünü 1998-ci ildə gerçəkləşdirib. Neapolun yerli telekanalında “Telegaribaldi” verilişində görüntülənib. 2003-cü ildə “Bulldozer” adlı komediya proqramında iştirak edib, veriliş “Rai 2” telekanalı ilə yayımlanıb. 2004-cü ilin dekabr ayında Syani “Fiesta” televiziya şousunda iştirak edib və beləcə doğma şəhərinin ən populyar komik aktyorlarından birinə çevrilib. 2006-cı ildə isə böyük ekralarda debütü baş tutub, Françesko Rayneri Marinottinin “Mən gedirəm, çünki səni sevirəm” komediyasında baş rolu oynayıb. Filmdə oynadığı rola görə “ən yaxşı aktyor” nominasiyasında “Giffoni” beynəlxalq kinofestivalının mükafatı ilə təltif olunub. Daha sonra “Nyu-Yorkda tətillər”, “Kruizdə milad bayramı”, “İkinci dəfə unutmayacaqsan”, “Cənuba xoş gəlmisiniz” filmlərində rol alıb. 2013-cü ildə “Şahzadə və yoxsul” adlı ilk tammetrajlı filmini çəkib və özü də baş rolu oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/alessandro_syani/