Klaudio Bizo

Klaudio Bizo

Aktyor, ssenarist

BİOQRAFİYA

Klaudio Bizio 19 mart 1957-ci ildə İtaliyanın Pyemont əyalətinin Novi-Liqure şəhərində dünyaya göz açıb. Beş yaşında olanda ailəsi Milan şəhərinə köçüb. Orta məktəbi bitirdikdən sonra, Klaudio universitetə daxil olub, orada kənd təsərrüfatı üzrə ali təhsil alıb. İlk iki ildən sonra gələcək karyerasını kənd təsərrüfatı sahəsində qurmaqda maraqlı olmadığını anlayıb və “Pikkolo” teatrı nəzdində aktyorluq məktəbinə daxil olub. 80-ci illərin əvvəlində Bizio teatr tamaşalarında iştirak etməyə başlayıb, telelayihələrə qatılıb. 1991-ci ildə aktyor Qabriele Salvatoresin “Aralıq dənizi” filmində ikinci plan rol oynayıb. Film böyük uğur qazanıb və ən yaxşı xarici dilli film nominasiyasında “Oskar” mükafatına namizəd olub. Klaudio Bizio Sandre Bizio ilə evlidir. Cütlüyün iki övladı var: Alisa adlı qızı və Federiko adlı oğlu.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/klaudio_bizio/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç