Berret Oliver

Berret Oliver

Aktyor

BİOQRAFİYA

Berret Oliver 24 avqust 1973-cü ildə Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Anası – Keti, atası Kentdir, böyük qardaşının adı isə Kayldır. Səkkiz yaşından kinoya çəkilib. Qardaşı da bir müddət onun kimi aktyor olub, anası isə onların bu fəaliyyətinə prodüserlik edib. Ancaq o həddi-buluğa çatdıqdan sonra peşəkar aktyor karyerası qura bilməyib. Onun ilk rolu – “İnanılmaz Halk” serialının birinci epizodunda kiçik uşaq rolu olub. “Sonsuz əhvalat” filmində oynadığı baş rol ona dünya şöhrəti gətirib. Oliver on altı yaşına kimi ikincidərəcəli və epizodik rollara çəkilsə də, sonradan kinematoqrafiyadan ayrılıb. Kayl həmin ərəfələrdə saentologiya kilsəsinə daxil olub. On doqquz yaşında olanda, onunla dindaş olan rəfiqəsi ilə evlənib. Ancaq onların bu izdivacının ömrü uzun olmayıb. Hazırda Oliver 19-cu əsr dövrünün fotoları üzrə mütəxəssis və fotoqrafdır. 2007-ci ildə "A History of the Woodburytype" adlı kitabın müəllifi olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Barret_Oliver

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç