Yasəmən Malik

Yasəmən Malik

Aktrisa

BİOQRAFİYA

Yasəmən Məmmədova 1984-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. 1985-ci ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa işləyir. O, geniş diapazona malik aktrisadır. Məlahətli səsi ona dramatik rollarla yanaşı, musiqili tamaşalarda da oynamağa imkan verir. Belə ki, Sumqayıt teatrında tamaşaya qoyulmuş "Arşın mal alan" (Ü.Hacıbəyov), "Subaylarınızdan görəsiniz (İsi Məlikzadə və S.Ələskərov) kimi operetto və musiqili komediyada da Asya və Səməni rollarını özünəməxsus şrixlərlə oynaya bilib. Bundan başqa o, Gülzar (S.S.Axundov, "Tamahkar"), müğənni (H.Cavid, "Afət"), Vera (V.Şukşin, "Diribaş adamlar"), Aytən (N.Hikmət, "Bayramın birinci günü", Seda (V.Səmədoğlu, "Bəxt üzüyü"), Ermek (Ç.Aytmatov, "Əsrə bərabər gün"), Şəhrəbanı xanım (M.F.Axundov, "Müsyo Cordan və dərviş Məstəli şah"), Burla xatun (F.Məhərrəmov, "Oğuzlar") və s. rolları oynamışdır. Bakı şəhərində keçirilən klassik tamaşalar festivalında C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərində oynadığı Zeynəb, festivallar festivalında oynadığı Naza (Ə.Qiyas, "Qarışqa yuvası") və monotamaşalar festivalında oynadığı Qaçqın qarı (V.Əlixanlı, "Başdaşı") aktrisaya tamaşaçı rəğbəti qazandıraraq, uğur gətirib. Y.Məmmədova tez-tez film-tamaşalara da dəvət olunur. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Yas%C9%99m%C9%99n_M%C9%99mm%C9%99dova

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç