Mika Slot

Mika Slot

Aktyor

BİOQRAFİYA

Mika Slot 8 may 1981-ci ildə ABŞ-ın Konnektikut ştatının Uestport şəhərində dünyaya göz açıb. Beş bacı-qardaşı var. Fəlsəfə üzrə bakalavr dərəcəsini 2004-cü ildə Skidmor Kollecində əldə edib. Gitarada rok və bluz ifa edir, bundan başqa Westminster barbershop xorunun üzvü olub. 2005-ci ildə Los-Ancelesə köçüb, Hollivudun musiqi institutunda aktyorluq üzrə ali təhsil alıb. Daha çox “Paranormal hadisə” (Paranormal activity, 2007), onun sikvelində (Paranormal activity 2) canlandırdığı elə öz adını daşıyan Mika obrazı ilə yadda qalıb. Bundan başqa adı çəkilən mistik saqanın “Paranormal Activity: The  Marked Ones” adlı spinoff-una epizodik rola çəkilib. 2006-cı ildə “Paranormal hadisə” filminin çəkilişləri üçün kastinqin elanı ilə rastlaşır. Elanda imrpovizasiya etməyi bacaran və gecə boyunca uzanan çəkilişlərdə iştirak etməyə hazır olan peşəkar və ya həvəskar aktyorların müaricət etməsi xahiş olunurdu. Özünü sınamaq qərarına gələn Mika kastinqdən keçir. 2009-cu ildə beynəlxalq prokatlara çıxan film gözlənilmədən “kassa bombasına” çevrilib və cüzi büdcə ilə 190 milyon dollar gəlir gətirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Micah_Sloat

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç