Eva Mendes

Eva Mendes

Aktrisa, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Eva Mendes 5 mart 1974–cü ildə Mayamidə (ABŞ) Kuba mühacirlərinin ailəsində anadan olub. Uşaqlığı Kaliforniya ştatının Los-Anceles şəhərində keçib. 1992-ci ildə Herbert Quver adına orta məktəbi bitirib. Nortricdəki Kaliforniya Universitetində təhsil alsa da, aktyorluq karyerasına görə təhsilini yarımçıq qoyub. Karyerasına reklam çarxlarında, kliplərdə və kiçik büdcəli teleseriallarda çəkilməklə başlayıb. “Məşq günü” filmində aparıcı rollardan birini ifa edən Mendesin aktyorluq karyerasında sıçrayış baş verir. Film bir neçə mükafat və tamaşaçı rəğbətini qazanır. Mendes məhz bu filmdə çılpaq görünüşü ilə yadda qalıb. Bundan sonra aktrisa güclü aktyor heyətinin iştirak etdiyi daha ciddi  layihələrə dəvət almağa başlayır. “İçindəyəm”, “Hitç metodu” komediyası,  “Vaxtsız” trillerində, “İkili forsaj” və “Bir gün Meksikada” kəskin filmlərində (sonuncu filminə görə Mendes "Teen Choice Awards" mükafatına namizəd olub) çəkilib. 2007-ci ilin fevralında “Kabus yürüşçü” filmində baş qəhrəmanın sevgilisi rolunu ifa edib. 2011-ci ilin sentyabr ayından Mendes aktyor Rayan Qoslinq ilə münasibətdədir. Cütlüyün: Esmeralda Amada Qoslinq (d.12.09.2014) və Amada Li Qoslinq (d.29.04.2016) adlı iki qız övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Eva_Mendes

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç