Cerom Dillon - musiqiçi və bəstəkardır. “Nine İnch Nails” qrupunun zərb alətləri ifaçısı kimi məşhurlaşıb. 1994-cü ildə Dillon “Howlin' Maggie” pop-rok qrupuna qoşulub. “Honeysuckle Strange” albomunun yazılmasında iştirak edib. Kifayət qədər uğur qazansa da, 1998-ci ildə dağılıb. Kinoda daha çox “Sadist” (Bully, 2001), “Kolleksiyaçı” (The Collectioner, 2009), “Sağ qalan olmadı” (No One Lives, 2012) filmlərinin bəstəkarı kimi tanınır. Karyerası ərzində 8 filmin bəstəkarı olub. Son işləri 2016-cı ildə çıxan “Dairə” filmi, və “Qrin Yarmarkasının Əhvalatları” adlı qısametrajlı film sayılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B8%D0%BB%D0%BB%D0%BE%D0%BD,_%D0%94%D0%B6%D0%B5%D1%80%D0%BE%D0%BC