Rühey Kitamura
Rejissor, ssenarist, prodüser
Rühey Kitamura 30 may 1969-cu ildə Yaponiyanın Osaka şəhərində anadan olub. Rühey Kitamura uşaqlığından bəri kino sənətinə böyük maraq göstərib. Yeniyetməlik illərinin çoxunu parta arxasında yox, məhz kinoteatrlarda keçirib. 17 yaşında olanda Yaponiyanı tərk edərək, Sidneyə köçüb. Piter Uir, Corc Miller və Rassel Malkehi kimi avstraliyalı kinematoqrafları öz müəllimi sayır. Avstraliyaya köçdükdən sonra orada təsviri incəsənət məktəbində oxumağa başlayıb. 19 yaşında adıçəkilən təhsil ocağını bitirib. Diplom işi “Çıxış” (Exit) adlı qısametrajlı film olub, ona ilin rejissoru nominasiyasında “Kodak Award” mükafatını qazandırıb. Yaponiyaya qayıtdıqan onra Rühey müstəqil Napalm Films kinostudiyasını yaradır. 1997-ci ildə minimal büdcə və 6 nəfərdən ibarət komanda ilə 50 dəqiqəlik “Down to Hell” filmini çəkib. 8-millimetrlik kamera ilə çəkilmiş film “Indies Movie Festival” festivalının əsas prizini qazanıb. Bu müddət ərzində Kitamura Atsuro Vatabe ilə tanış olur. Vatabe onun növbəti kinolayihəsinin maliyyələşdirilməsini öz üzərinə götürür. Söhbət 1999-cu ildə böyük ekranlara çıxan “Heat After Dark” filmindən gedir. O filmdə baş rolu oynayıb. Sözügedən film üzərində gördüyü iş ona kinematoqraflar arasında böyük hörmət qazandırır, tənqidçilər onun bu işini müsbət qiymətləndirir. Onun növbəti işlər arasında manqa əsasında çəkilmiş “Alive” psixoloji trilleri əlamətdardır. Ekran əsərində Hideo Sakaki baş rolu ifa edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B8%D1%82%D0%B0%D0%BC%D1%83%D1%80%D0%B0,_%D0%A0%D1%8E%D1%85%D1%8D%D0%B9