Ceyms Renson

Ceyms Renson

Aktyor

BİOQRAFİYA

Ceyms Finli Renson III – amerikalı kino və televiziya aktyorudur. Daha çox “Gizli dinləmə” serialının ikinci mövsümündə Ziqqi Sobotki rolu, həmçinin “Ken Park”, “Sinister”, “Sinister 2” filmlərində və “Qatillər nəsli” mini-serialında oynadığı rollarla tanınır. 2 iyun 1979-cu ildə Baltimor şəhərində Vyetnam müharibəsi qazisi Ceyms Finli Renson II və onun həyat yoldaşı Coysun ailəsində dünyaya göz açıb. Bir müddət az tanınan Nyu-York rok-qrupunun bas-gitaraçısı olub. Corc Vaşinqton adına İncəsənət və Texnologiya mərkəzini bitirib. Daha sonra təhsilini Manhettenin Təsviri incəsənət məktəbində davam etdirib. 2001-ci ildə kinoda debütü baş tutub. Bir il sonra karyerasında ilk dəfə olaraq baş rolu oynayıb (Larri Klark və Harmoni Korinin “Ken-park” adlı qalmaqallı filmində). 27 yaşında olanda  aktyorda heroin asılılığı yaranıb və bu alüdəçiliyinə görə az qala müflis olub, 30 min dollara yaxın borcu yığılıb. HBO telekanalının “Qatillər nəsli” hərbi dramında oynadığı kapral Person rolu onun həyat tərzini həmişəlik dəyişib. Namibiyada keçirdiyi 8 ay ərzində alüdəçilikdə qurtulub. 2006-cı ildə hay-haray səsinə gələn Renson qonşusu olan qadını zorlanmadan qurtarıb və cinayətkarın “dərsini verib”.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D1%8D%D0%BD%D1%81%D0%BE%D0%BD,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BC%D1%81

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç