Bill Oddi

Bill Oddi

Ssenarist, prodüser, bəstəkar

BİOQRAFİYA

Uilliyam Edqar Oddi - ingilis yazıçı, bəstəkar, musiqiçi, komediyaçı, rəssam, televiziya aparıcısı və aktyordur.  Həmçinin məşhur Britaniya quşbazıdır, uşaqlıqdan bəri müxtəlif növ quşlar saxlayır. Yazdığı kitabların bir çoxuna öz rəsmlərini və cızma-qaralarını yerləşdirir. BBC-də Springwatch/Autumnwatch, How to Watch Wildlife, Wild In Your Garden, Birding with Bill Oddie, Britain Goes Wild with Bill Oddie və Bill Oddie Goes Wild kimi sənədl filmlərin çəkilişində iştirak edib. Oddi 7 iyul 1941-ci ildə Roşdeyl şəhərində anadan olub. Uşaqlığında Birminqemə köçüb. Atası Midlands Elektrik Şəbəkə Şurasında baş mühasib köməkçisi olub, anasına gənc yaşlarından şizofreniya diaqnozu qoyulub, uzun illər psixiatrik xəstəxanada müalicə alıb. Pembruq Kollecində (Kembric) ingilis dili ədəbiyyatı üzrə təhsil alıb. 1967-ci ildə Oddi Jan Hartla ailə qurub. Bu nikahdan iki qızı var. 1983-cü ildə isə müxtəlif uşaq layihələrinə o cümlədən kinofilm, serial, kukla tamaşası və uşaq kitablarının çapında əməkdaşlıq etdiyi Lora Bemont-Jillə ailə qurub. Onların bu nikahdan bir qızı olub.

Ətrafl məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bill_Oddie
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç