Robert Pastorelli

Robert Pastorelli

Aktyor

BİOQRAFİYA

Robert Pastorelli – amerikalı aktyordur. Bir vaxtlar peşəkar səviyyəli boksçu olub. Robet Cozef Pastorelli 21 iyun 1954-cü ildə Nyu-Bransvik şəhərində anadan olub. Kinokaryerasına gəlişinə qədər boksla məşğul olub, kifayət qədər yaxşı nəticələr göstərib. Ancaq keçirdiyi avtoqəzadan sonra Robert peşəkar boksla vidalaşamağa məcbur olub. Kinoya aparan yolu teatr səhnəsindən keçib. Bir sıra tamaşalarda müxtəlif rollar oynadıqdan sora kinokaryerasına qədəm qoyub. Daha çox “Canavarlarla rəqs edən”, “Təmizləyici”, “Maykl”, “Tələ Yemi” və digər filmlərdə oynadığı ikinci plan rollarla yadda qalıb. Robert 2004-cü ildə Hollivud Hilzdəki evində ölü tapılıb. Onun ölümünə narkotik vasitədən zəhərlənmənin səbəb olduğu müəyyən edilib. Robertin iki qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/robert_pastorelli/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç