Rakeş Roşan
Aktyor, prodüser, rejissor, ssenarist
Rakeş Roşan - hindistanlı prodüser, rejissor, ssenarist, montajçı, keçmiş aktyor və musiqi direktorudur. 6 sentyabr 1949-cu ildə Hindistanın Bombey şəhərində anadan olub. 1970-1980-ci illərdə 84 kinofilmin çəkilişlərində iştirak edib. Hind filmlərində başlıca olaraq ikinci plan rolları oynayıb. Kinoda daha çox “Khudgarz” (1987), “Khoon Bari Maang” (kriminal dram 1988), “Kishen Kanhaiya” (komedik dram, 1990), “Karan Arjun” (1995), "De Ki sevirsən" (Kaho Naa...Pyaar Hai, 2000) filmlərinə görə tanınır. “Sən tək deyilsən” (Koi...Mil Gaya, 2003) fantastik filmi onun beynəlxalq miqyasda tanınan əsas işlərindən sayılır. “Kaho Naa..Pyaar Hai” və “Sən Tək Deyilsən” (Koi...Mil Gaya) filmlərinə görə ən yaxşı rejissor kateqoriyasında “Filmfare Award” mükafatına layiq görülüb. 2019-cu ildə boğaz nayihəsində xərçəng aşkarlanıb (karsinoma).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rakesh_Roshan