Halli Ayzenberq

Halli Ayzenberq

Aktrisa

BİOQRAFİYA

Helli Keyt Ayzenberq 2 avqust 1992-ci ildə Bransuik şəhərində (Nyu Cersi, ABŞ) anadan olub. Kinoda 1997-ci ildə debüt edib. “Reklamda ən yaxşı gənc ifaçı”  kateqoriyasında “Gənc aktyor” mükafatı laureatıdır. 1998-ci ildə “Poli: Çoxdanışan tutuquşu” filmində aparıcı rollardan birini ifa edib. Bu roluna görə aktrisa “Gənc aktyor” və YoungStar Award mükafatlarına namizəd olub. 1999-cu ildə “İkiyüzillik adam” filmindəki roluna görə YoungStar Award mükafatlarına namizəd olub. Paralel olaraq Helli Ayzenberq reklam çarxlarına da çəkilib. ABŞ-da Pepsi şirkətinin reklamına görə tanınıb, 2000-ci ildə bu işinə görə “Gənc aktyor” mükafatı qazanıb. 2000-ci ildə aktrisa “Gözəl” filmində aparıcı rollardan birini ifa edib. Film “Miss Amerika” titulunu almaq arzusu ilə yaşayan, lakin müsabiqədə iştirak etmək hüququndan məhrum olan qadından bəhs edir. Ardınca “Möcüzə yaradan” telefilmində lal-kar Helen Keller rolunda çəkilib. Hər iki işinə görə Gənc aktyor” mükafatı qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B9%D0%B7%D0%B5%D0%BD%D0%B1%D0%B5%D1%80%D0%B3,_%D0%A5%D1%8D%D0%BB%D0%BB%D0%B8_%D0%9A%D0%B5%D0%B9%D1%82

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç