Blençard Rayan

Blençard Rayan

Aktrisa

BİOQRAFİYA

Blençard Rayan - amerikalı aktrisadır. Süzan Blençard Rayan 12 yanvar 1967-ci ildə ABŞ-ın Massaçusets ştatının Boston şəhərində anadan olub. Kanadalı hokkey məşqçisi Ronald Rayanının qızıdır. Anası fransız dili müəllimi olub. Məktəbi bitirdikdən sonra Blençard, kollecə daxil olub. Məzun olduqdan sonra bir müddət MTV telekanalında xüsusi effektlər şöbəsində çalışıb. Daha sonra aerobika üzrə təlimatçı işləyib. Blençard siyasi fəlsəfə üzrə bakalavr dərəcəsinə malikdir. İki dəfə ərdə olub (Neyl Littl və Stiv Lemm). Kinoda debütü 1998-ci ildə baş tutub. Karyerasının əvvəlində onu məşhur aktrisa Süzan Rayanla səhv salmasınlar deyə titrlarda ikinci adının (Blençard) göstərilməsini istəyib. Beynəlxalq miqyasda “Sonsuz Ümman” (Open Sea) filmində oynadığı rolla şöhrət qazanıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%B9%D0%B0%D0%BD,_%D0%91%D0%BB%D1%8D%D0%BD%D1%87%D0%B0%D1%80%D0%B4

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç