Kader Xan
Aktyor, ssenarist, prodüser
Kader Xan 22 oktyabr 1937-ci ildə Hindistanın Belucistan əyalətində anadan olub. 300–dən artıq filmə çəkilib. Aktyor kimi Xan “Ürəkdə daş” (1973) filmində debüt edib. 200-dən çox filmin ssenaristi olub. Müxtəlif kateqoriyalarda üç dəfə "Filmfare" mükafatına layiq görülüb. “Sevgi nağılı” (1977), “Amar, Əkbər, Entoni” (1977), “Daşıyıcı” (1983) “Qanqa, Camna, Sarasvati” (1988), “Taleyin hökmdarı” (1978), “Yetim” (1981) və “Səfil” (1984) və sair filmlərin ssenaristi olub. Həmçinin, "Himmatwala" (1983), "Çoudhurinin taleyi" (1983), "Mawaali" (1983), "Tohfa" (1984), "Haisiyat" (1984), "Naya Kadam" (1984), "Singhasan" (1986) filmlərinin ssenarisi və dialoqları ona məxsusdur. 31 dekabr 2018-ci ildə Kanadada vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kader_Khan