Piter Boqdanoviç
Aktyor
Piter Boqdanoviç - amerikalı kinorejissor, ssenarist, aktyor, kinoprodüser, kinooperator, kinotənqidçi və yazıçıdır. “Yeni Hollivud”dövrünün rejissorlarındandır. Uilyam Fridkin, Robert Oltmen, Brayan De Palma, Corc Lukas, Martin Skorseze, Frensis Ford Kopola kimi məşhur kinemtoqraflarla eyni dönəmdə peşəkar çəkilişlərə başlayıb. Onun ən uğurlu filmi “Sonuncu kinoseans” (1971) dramı sayılır. 2006-cı ildə ABŞ telekanallarından birində “Piter Boqdanoviçin qızıl kino əsri” proqramının aparıcısı olub. Eyni zamanda internetdə oşxar mövzulu bloq yaradıb. 2007-ci ildə Toronto kinofestivalında kinoya veriyi töhfələrə görə ona “Beynəlxalq Filmoteklər Federasiyasının” mükafatı təqim olunub. Elə həmin il kanadalı biznesmen Yaroslav Jivov onun müqavilə şərtlərini pozması iddiası ilə məhkəməyə şikayət edib. Jivov iddia edirdi ki, Boqdanoviç Jivovun oğlunu növbəti filmlərin birində rejissor köməkçisi kimi işə götürməsi müqabilində ondan 100 min dollar aldığını habelə, razılaşmanın tələblərini yerinə yetirmədiyini bildirib. İki dəfə evli olub (Polli Plat – 1962-1971, Luiza Stratten- 1988-2001), iki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D0%B3%D0%B4%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87,_%D0%9F%D0%B8%D1%82%D0%B5%D1%80