Brittani Mörfi
Aktrisa
Brittani Mörfi-Moncek 10 noyabr 1977-ci ildə ABŞ-ın Corciya ştatının Atlanta şəhərində dünyaya göz açıb. Kinoaktrisa olaraq karyera yüksəlişinin təməlini “Yaramazlar” (1995) filmində oynadığı rolla qoyub. Ardınca “Şosse” (1996) və “Narkotik dalğalarda” (1997) filmlərində ikinci plan rollara çəkilib. Brodvey debütü isə 1997-ci ildə “Körpüdən açılan mənzərə” tamaşasında gerçəkləşdirib. Mörfi ardınca “Yarımçıq qalmış həyat” (1999) və “Ölümcül gözəllər” (1999) filmlərində rol alıb. 2000-ci illərdə “Bir söz demə” (2001), “Güclü qadın” (2001), “Yüksək pilotaj” (2002), “Səkkizinci Mil” (2002), “Təzə bəy-gəlin” (2003), “Şəhər qızları” (2003), “Günahlar şəhəri” (2005), “Aradan çıx” (2006) kimi filmlərə çəkilib. O eyni zamanda “Dağın şahı” cizgi serialında Luenn Pletter personajını səsləndirib (1997-2009). Mörfinin iştirakı ilə sonunu film “Özünü görməməzliyə vur” filmi olub. Ekran əsəri onu ölümündə bir neçə il sonra geniş ekranlara yol tapıb. Mörfi 20 dekabr 2009-cu ildə 32 yaşında pnevmoniyadan dünyasını dəyişib. Həmin hadisədən altı ay keçməmiş oxşar simptonlarla həyat yoldaşı Saymon Moncek də vəfat edib. Onların evlərində yayılan göbələk infeksiyası ilə əlaqədar öldüyü ilə bağlı versiya irəli sürülsə də, məhkəmə tibbi eksperti bu ehtimalı rədd edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B5%D1%80%D1%84%D0%B8,_%D0%91%D1%80%D0%B8%D1%82%D1%82%D0%B0%D0%BD%D0%B8