Cozef Fayns

Cozef Fayns

Aktyor

BİOQRAFİYA

Cozef Alberik Tuilston–Uaykem Fayns – britaniyalı teatr, kino və televiziya aktyorudur. Faynsa İngiltərənin Uiltşir qraflığının Solsberi şəhərində dünyaya göz açıb. Anası yazıçı Cennifer Leş atası fotoqraf Mark Faynsdır. Altı övladlı ailənin sonbeşiyidir. Qardaşı Ralf Fayns məşhur aktyordur, o biri qardaşı bəstəkar Maqnus Fayns, digər qardaşı Ceykob Fayns ətraf mühit fəalıdır.  Bacıları Sofi Fayns və Marta Fayns rejissorlardır. Ögey qardaşı Maykl Emeri arxeoloqdur. Ser Ranulf Faynsın uzaq qohumudur. Humanitar təmayüllü məktəbdə oxuyub. Bir ilə yaxın Saffolk rəssamlıq məktəbində oxuyub. Daha sonra Fayns Gildhol musiqi və teatr məktəbinə daxil olub, 1993-cü ildə oranı bitirib. Cozef Fayns isveçrəli model Mariya Dolores Dieqeslə evlidir. 2009-cu ildə izdivaca daxil olublar. Cütlük iki qız böyüdür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B0%D0%B9%D0%BD%D1%81,_%D0%94%D0%B6%D0%BE%D0%B7%D0%B5%D1%84

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç