İlleana Duqlas
Aktrisa
İlleana Duqlas – amerikalı aktrisa, rejissor, ssenarist və prodüserdir. İlleana Duqlas aktyor Melvin Duqlasın nəvəsidir. 25 iyul 1965-ci ildə anadan olub. Debütünü 1987-ci il “Birdaha salam” filmində Şelli Lonq rolunda kinodebütünü edib. Karyerası ərzində doxsandan çox ekran rolu olub. Duqlas daha çox rejissor Martin Skorsezenin “Qorxu burnu” trillerində oynadığı rola görə tanınır. Ümumiyyətlə rejissor Skorseze onu bir çox filmlərinin çəkilişinə dəvət edib. 1996-cı ildə onun “Qəlbimin təsəlli yeri” daha sonra isə “Bunun üçün ölməyə dəyər” (1995) filminə çəkilib. Sonuncuda oynadığı rol ona “Saturn” mükafatına namizədlik qazandırıb. Daha sonra Skorsezenin “Kabuslar dünyası” (2001) filmində rol alıb. Televiziyada “Müştəri həmişə ölüdür” serialında populyarlaşıb. Canlandırdığı personaj ona 2002-ci ildə “Emmi” mükafatı namizədliyi qazandırıb. 16 may 1998-ci ildə prodüser və ssenarsit Conatan Akselrodla nikah bağlayıb. Cütlük 2001-ci ildə yollarını ayırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Illeana_Douglas