Adam Hiks

Adam Hiks

Aktyor

BİOQRAFİYA

Adam Pol Nilson Hiks – amerikalı aktyor, reper, müğənni və bəstəkardır. “Disney XD” telekanalının “Zik və Lüter” serialında Lüter, Disneyin “Limonadlı ağız” filmində Uendell “Uen” Gifford  rolu ilə məşhurdur. Hiks 28 noyabr 1992-ci ildə ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində anadan olub. Aktyor olmasında “Evdə tək” filminin böyük təsiri olub. Baş qəhrəman Kevindən ilhamlanaraq, səkkiz yaşından kinoya çəkilməyə başlayıb. “Titus: Qarajın hökmdarı” (2000-2002) serialında beş yaşlı Deyv rolunu oynayıb. Daha sonra “The Funkhousers” (2002) qısametrajlı komediyasında kiçik rol alıb. İlk baş roluna dəvət olunana qədər,  “Kiçik kabus” filmində epizodik rol alıb. 2009-cu ildə “Zik və Lüter” serialında baş rolu ifa edib. 2011-ci ildə isə karyerasının ən uğurlu kinolayihələrindən sayılan “Limonadlı ağız” filmində  baş  rolu oynayıb. 2012-ci ildə “İki kral” serialında baş rolu qazanıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B8%D0%BA%D1%81,_%D0%90%D0%B4%D0%B0%D0%BC

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç