Bricit Mendler

Bricit Mendler

Aktrisa

BİOQRAFİYA

Bricit Kler Mendler - amerikalı aktrisa, müğənni, musiqi prodüseri və bəstəkardır. 18 dekabr 1992-ci ildə Vaşinqtonda anadan olub. Səkkiz yaşından ailəsi ilə birlikdə San-Fransiskonun şəhərkənarına köçüb. Məhz orada aktyorluq sənətinə marağı yaranıb. Yerli dram və musiqili tamaşalarda çıxış edib, San-Fransiskoda “Fringe Festivalın ən gənc ifaçısı kimi tarixə düşüb. 11 yaşında olanda ona agent tutublar. 2004-cü ildə Mendler “The Legend of Buddha” hind animasiya filmində ilk rolunu alıb (Lüsi adlı personajı səsləndirib). 13 yaşında olanda “Baş xəstəxana” adlı sabun operasının epizodlarından birinə çəkilib. 2007-ci ildə “Elis başıaşağı” filmində kinodebütünü gerçəkləşdirib. Orada Pamela rolunu oynayıb. Elə həmin il “Sanniyə şans verin”serialında baş rola çəkilib. 2008-ci ildə “Qarşıdurma” filminə çəkilib. 2009-cu ildə Lindsi Lohanla birlikdə “Müvəqqəti Hamilə” filmində mərkəzi rolu oynayıb. Ardınca “Elvin və Burunduklar 2” komediyasında rol alıb. 2009-cu ildən etibarən “Veyverli Pleys sehrbazları” serialında kiçik rola çəkilib. 2010-cu ildə Disney studiyasının “Özünü qoru Çarli” serialında Tedi Dankan roluna dəvət olunub. 2011-ci ildə “Limonadlı ağız” televiziya filmində Oliviya Uayt rolunu oynayıb. Eyni zamanda həmin filmin bir neçə mahnısını yazıb. 2012-ci ildə “Özünü qoru, Çarli” serialının çəkilişində tanış olduğu aktyor Şeyn Harperlə görüşdüyünü etiraf edib. 2015-ci ildə onlar yollarını ayırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B5%D0%BD%D0%B4%D0%BB%D0%B5%D1%80,_%D0%91%D1%80%D0%B8%D0%B4%D0%B6%D0%B8%D1%82

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç