Eda Ece
Aktrisa
Eda Ece – 20 iyun 1990-cı ildə İstanbulda anadan olub. Atası mühəndis-elektrik, anası evdar qadındır. Eda Ecenin özündən böyük üç bacısı var. Valideynləri hər dörd bacısını bütün fəaliyyətlərində dəstəkləyib. Doğma şəhərində “Şişli Terakki” məktəbini bitirdikdən sonra İstanbulun Bilgi Universitetinin psixologiya fakültəsinə daxil olub. Aktrisa kimi kiçik rollara çəkilməklə karyerasına qədəm qoyub. 2003-2011-ci illərdə bir neçə türk serialında, o cümlədən populyar “Adını Feriha qoydum” sabun operasında ikinci dərəcəli rol alıb. 2011-ci ildə aktrisanın meneceri Tumay Özokur ona “Pis Yedili” serialında çəkilməyi təklif edib. Bu filmdə əlamətdar rolundan sonra onu daha nüfuzlu kino və televiziya layihələrinə dəvət etməyə başlayırlar. “Qızım Üçün”, “Məni olduğum kimi sev” kimi filmlərdə oynadığı rollarla tanınır. 2015-ci ildə türkiyəli aktrisa “Münasibətlərin statusu: Qarışıq” serialında baş rollardan birini oynayır. Aktrisa bir müddət müğənni Ferman Akgüllə görüşüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://tvnovella.ru/aktrisy-serialov/turetskie/8633-eda-edzhe-eda-ece