Yetkin Dikincilər
Aktyor
Yetkin Dikincilər - türkiyəli teatr, kino və televiziya aktyorudur. Ailəsinin yeganə övladıdır. 15 avqust 1969-cu ildə İstanbul şəhərində anadan olub. Memar Sinan adına Universitet nəzdində Milli Konservatoriyanı bitirib. Aktyor kimi tələbəlik illərindən fəaliyyət göstərir. Dörd il Diyarbəkir Dövlət Teatrında səhnəyə çıxıb. Kinoda daha çox “Qızım üçün” və “Atam və Oğlum” filmlərində oynadığı rollara görə tanınır. 1999-cu ildə Esra Akkaya ilə ailə qurub. Onların nikahı cəmi bir il sürüb. 16 avqust 2014-cü ildə aktrisa Aslı Orcanla ailə qurub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Yetkin_Dikinciler