Kaan Çakır

Kaan Çakır

Aktyor

BİOQRAFİYA

Kaan Çakır 1 fevral 1977-ci ildə İstanbulda yunanıstandan mühacirət etmiş türk əsilli ailədə dünyaya göz açıb. Yeşilköy Hamdullah Tanrıöven ibtidai məktəbini bitirdikdən sonra İstek Vakfı Bilge kollecində orta və ali təhsilini alıb. Tələbəlik illərində dram sənəti ilə maraqlanmağa başlayıb. 1995-ci ildə İstanbul Universitetinin Dövlət Konservatoriyasına daxil olub. Ali təhsil aldığı bir vaxtda “Kara Melek” serialının 3-cü mövsümündə teledebütünü edib. Həmin dönəmlərdə Dormen Teatrının teatr truppasına daxil olub. “Popkorn” adlı tamaşada ilk dəfə peşəkar səhnəyə çıxıb. Kinoya ilk dəfə 2000-ci ildə çəkilib; “Gülə-gülə” komediyasında Dilaver rolunu oynayıb. Daha çox “Muna” (2015), “Polis” (2007), “Gülə-Gülə” (2000), “Ərtuğrul Diriliş” (2018) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 30-dan çox kino və serial rolu olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1197073/

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç