Yasemin Allen

Yasemin Allen

Aktrisa

BİOQRAFİYA

Yasemin Kay Allen 10 iyul 1989-cu ildə Londonda ingilis-türk vətəndaşlığı olan ingilis Dali Allen və onun britaniya əsilli türkiyəli aktrisa həyat yoldaşı Suna Yıldızoğlunun (Soni Eddi) ailəsində dünyaya göz açıb. Kaan adlı kiçik qardaşı var. Yasemin üçaylıq körpə olanda valideynləri Türkiyəyə köçüb. 10 ildən sonra Yasemin anası ilə birlikdə Avstraliyaya köçüb. Kvinslend universitetinin kino və televiziya fakültəsində oxuyub. 18 yaşında olanda Türkiyəyə geri dönüb, Mücdat Güzen adına Konservatoriyanın teatr bölməsini bitirib. “Əlif” filminin çəkilişləri zamanı aktyor Onur Tuna ilə tanış olub. Bu münasibətlər 2013-cü ilə kimi davam edib. 2014-cü ildən Yasemin Armağan Oğuzla görüşməyə başlayıb. Yasemin pianoda ifa edə bilir, vaxtaşırı şerlər yazır. Həmçinin həvəskar rəssamdır. Asuda vaxtlarında zərgərlik məmulatlarının eskizlərini hazırlayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BB%D0%BB%D0%B5%D0%BD,_%D0%AF%D1%81%D0%B5%D0%BC%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç