Jan-Klod Peti
Bəstəkar, aktyor
Jan-Klod Peti 14 noyabr 1943-cü ildə Fransanın Ver-Sür-Marne şəhərində anadan olub. Gəncliyində bir çox tanınmış caz musiqiçilərini müşayiət edib. Topladığı təcrübə onun Paris konservatoriyasına daxil olmasına kömək olub. 1966-cı ildə Peti musiqiçiləri müşayiət etməyə davam edib, özünü aranjemançı kimi sınaqdan keçirib (“Le Chat Bleu” albomu). 1972-ci ildən etibarən televiziya filmlərinə, həmçinin teleproqramlara musiqi yazmağa başlayıb. “Avec le couer” (1972) televiziya şousunun musiqisini yazır, çox keçmədən 1973-cü ildə İtaliyanın “Karusel” televiziya çarxına qısa melodiya yazır. Onun bu bəstəsi bütün İtaliyada populyarlaşır. 1976-cı ildə “Chez Jean-Claude Petit” adlı solo albom buraxıb. Plastinka Alexandro Xodorovskinin diqqətindən yan keçmir və Jan-Klod albom üzrə müəllif hüquqlarını satmağa razılaşır. Nəticədə onun kompozisiyaları “Köpəkdişi” filminin saundtrekinə çevrilir. Jan-Klod Peti 60-dan çox filmin bəstəkarı olub. Onların arasında “Jan de Florett”, “Səfillər”, “Sirano de Berjerak” kimi yüksək reytinqli filmlər yer alır. “Sezar”, BAFTA və “Viktuar de lü müzik” mükafatlarının laureatı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D1%82%D0%B8,_%D0%96%D0%B0%D0%BD-%D0%9A%D0%BB%D0%BE%D0%B4