Jan-Pol Rappno

Jan-Pol Rappno

Ssenarist, rejissor

BİOQRAFİYA

Jan-Pol Rappno 8 aprel 1932-ci ildə Fransanın Oser şəhərində dünyaya göz açıb. Lui Malyanın “Zazi metroda” və “Özəl həyat” filmlərində rejissor köməkçisi kimi başlayıb. 1964-cü ildə Jan Pol Belmandonun baş rola çəkildiyi “Riolu adam” filminin ssenari müəlliflərindən olub, həm də rejissor Fillip de Broka köməklik edib. Belmandonun performansını bəyənən Rappno onu illər sonra “Təkrar nikah” (1971) adlı filminə çəkir. 1973-cü ildə De Brok və Belmando ilə yenidən əməkdaşlıq edir, “Möhtəşəm” komediyasına ssenari yazır. 1990-cı ildə Edmon Rostanın “Sirano de Berjerak” pyesinin ekran adaptasiyası ilə məşhurlaşıb. Filmdə baş rolları Jerar Depardye və Vensan Peres oynayıb. 2003-cü ildə   Depardyeni “Yaxşı yol” adlı filminə çəkir. Rappnonun bacısı Elizabet Rappno ssenarist, oğlu tanınmış müğənni və bəstəkar Martin Rappnodur (5 aprel 1976-cı il). Qızı Jülyena Rappno isə onun yolunu davam edir. Yazıçı və ssenaristdir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%BF%D0%BF%D0%BD%D0%BE,_%D0%96%D0%B0%D0%BD-%D0%9F%D0%BE%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç