Fransua Klüze 21 sentyabr 1955-ci ildə Parisdə (Fransa) anadan olub. Bir çox tanınmışlar kimi Fransua da uşaqlıqdan kinoya maraq göstərib. Boş vaxtlarını əsasən kinoteatrda keçirirdi. Xüsusən komediya janrlı filmlərə üstünlük verirdi. 17 yaşı olanda Fransua liseyə qəbul olunur. Teatr aktyoru kimi debütü “Milyon pul deyil” komediya tamaşasında olub. Aktyorun istedadı rejissor Diana Korisin diqqətini cəlb edir. Kinoda ilk rolunu 25 yaşı olanda 1968-ci ilin yazından bəhs edən “Molotov kokteyli” filmində oynayır. Bir il sonra rejissor Klod Şabrol Fransuanı “Qürurlu at” kinolayihəsinə dəvət edir, bu filmdən sonra Klüze ilə rejissorun uzunmüddətli iş birliyinin əsası qoyulur. 1984-cü ildə Fransuanın aktyorluq bacarığı “Ölümcül yay” və “Sosial köməyə eşq olsun” filmlərinə görə qiymətləndirilir. Həmin il "Ən yaxşı ikinci dərəcəli aktyor" və "İstedadlı aktyor" nominasiyalarında "Sezar" mükafatına namizədliyi irəli sürülür. Aktyorun tamaşaçı və kinotənqidçilər tərəfindən yüksək dəyərləndirilən işlərindən biri də Giyom Kanenin “Heç kimə demə” detektiv trillerində oynadığı həkim Aleksandr Bek roludur. Klüze 51 yaşını qeyd etdiyi dövrdə bu rola görə "Ən yaxşı aktyor" kimi “Sezar” mükafatına layiq görülür. Dünya şöhrətini isə Erik Toledo və Olivye Nakaşın “Intouchables” (Toxunulmazlar) komediya dramında oynadığı roldan sonra qazanır. Gətirdiyi gəlirə görə “Intouchables” filmi Fransa kino tarixində ikinci yerə sahibdir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Fran%C3%A7ois_Cluzet