Tarun Arora
Aktyor
Tarun Arora 14 iyun 1975-ci ildə Hindistanın Assam əyalətində anadan olub. Aktyorluq karyerasına Pyar Mein Kabhi Kabhi filmində qədəm qoyub. 2004-cü ildə “Havas”, 2007-ci ildə “Görüşdüyümüz gün” (Jab We Met) filminə çəkilib. Benqalur bölgəsində otel menecmeni üzrə ali təhsil aldığı vaxtda dərsləri ilə yanaşı modelliklə məşğul olub. Raymond, Westside, Kwality Walls, McDowell's whiskey, and LG kimi şirkətlərin reklam çarxlarına çəkilib. Eyni zamanda Hans Rac Hansın Dil Chori mahnısın videoklipində görüntülənib. Tammetrajlı kino debütünü “Havas” filmində oynayıb. Başlıca olaraq Bollivud filmlərinə çəkilir. Növbəti 3 il ərzində bir neçə aşağı büdcəli filmin çəkilişlərinə dəvət olunub. 2007-ci ildə karyerasının ən uğurlu filmlərindən sayılan “Görüşdüyümüz gün” (Jab We Met) filmində Karina Kapurun qəhrəmanının sevgilisi rolunu oynayır. Aktrisa Anjala Zaviri ilə evlidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1595577/?ref_=ttfc_fc_cl_t2