Meri Rouç
Yazıçı, jurnalist
Meri Roaç – amerikalı jurnalist, köşə yazarı, yazıçıdır. Daha çox “Mars” (2016), “Piyadalar” (Corps, 2010), “Kainatın məlum hissəsi “ (Penn and Teller Bullshit!, 2004) fimlərində iştirakına görə tanınır. IMDB məlumat bazasına görə 10 sənədli filmdə görüntülənib. 1959-cu ildə ABŞ-ın Nyu-Hempşir ştatında anadan olub. Doğulan zaman atasının 65 yaşı olub. 1981-ci ildə Ueslian universitetində psixologiya ixtisasi üzrə bakalavr dərəcəsi əldə edib. Daha sonra Kaliforniya ştatına köçüb və bir neçə il frilans-redaktor vəzifəsində çalışıb. Daha sonra ictimaiyyətlə əlaqələr sahəsində köşə yazarı olub. 1986-cı ildə onun Vergilər idarəsi haqda satirik qeydləri bütün aparıcı nəşrlərdə dərc olunub. Həmin vaxtdan bəri Rouç “Vogue”, “The New York Times Magazine”, “Discover” və “GQ” kimi nəşrlər üçün yazır. “Readers Digest” jurnalında “Mənim planetim” adlı aylıq yumoristik köşəsi var. Ən sevimli mövzusu müasir elmdir. Həyat yoldaşı illüstrator və qrafik dizayner Ed Rahsla Kaliforniyada yaşayır. İki qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm2084806/?ref_=ttfc_fc_cl_t16